"Rosneft"in səhmlərinin bir qismi 2016-cı ildə özəlləşdirilə bilər

"Rosneft"in səhmlərinin bir qismi 2016-cı ildə özəlləşdirilə bilər
# 25 avqust 2015 12:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiyanın "Rosneft" şirkətinin səhmlərinin bir qismi özəlləşdirilə bilər.

"APA-Economics"in RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

Nazirin sözlərinə görə, özəlləşdirməyə şirkətin səhmlərinin 19,5%-i çıxarıla bilər. O, özəlləşdirmənin 2016-cı ildə baş tuta biləcəyini istisna etməyib.

Qeyd edək ki, hazırda "Rosneft" şirkətinin əsas səhmdarı 69,5%-lik paya sahib olan "Rosneftqaz" ASC-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR