Şahdağ Milli Parkının ərazisində yanğın olub

Şahdağ Milli Parkının ərazisində yanğın olub
# 18 avqust 2015 19:10 (UTC +04:00)

Bakı-APA. İsmayıllıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonu, Tircan kəndində (rayon mərkəzindən 38 km aralı) Şahdağ Milli Parkına məxsus ərazidə 4 ha sahədə ağaclar və kol-kos yanıb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR