Bakı. Rüfət Əhmədzadə - APA. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin fəaliyyətinin araşdırılması və onun cinayət məsuliyyətinə cəlb edilməsi Gürcüsanın digər dövlətlərlə münasibətlərinə, eləcə də Avropa Birliyinə inteqrasiyasına təsir göstərməyəcək.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edib.
İ. Qaribaşvili sabiq prezidentin həbs ediləcəyi halda Qərblə münasibətlərin pisləşəcəyi barədə proqnozları “siyasi spekulyasiya” adlandırıb: “Bizim hansısa ölkə ilə münasibətlərimizə Saakaşvili ilə bağlı məsələnin heç bir təsiri ola bilməz. Hər kəs məhkəmənin qərarını gözləməlidir”.
Qeyd edək ki, avqustun 2-də Tiflis şəhər məhkəməsi istintaqdan boyun qaçırdığına görə Saakaşvili barəsində qiyabi həbs-qətimkan qərarı verib.