Lavrov: "Donbas hakimiyyəti beynəlxalq qüvvələrin regiona yerləşdirilməsinə heç vaxt razı olmayacaq"

Lavrov: "Donbas hakimiyyəti beynəlxalq qüvvələrin regiona yerləşdirilməsinə heç vaxt razı olmayacaq"
# 31 may 2016 12:04 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Donbas hakimiyyəti beynəlxalq qüvvələrin regiona yerləşdirilməsi təklifinə heç vaxt razı olmayacaq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərin görə, Ukrayna hakimiyyəti tərəfindən Donbasa beynəlxalq qüvvələrin yerləşdirilməsi təklifi Minsk razılaşmasında əksini tapmayıb: "Donbas heç vaxt buna razı olmayacaq. Minsk razılaşmasına uyğun olaraq, nizamlanma ilə bağlı addımların hamısını istisnasız olaraq tərəflərlə razılaşdırmaq lazımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR