Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edib

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edib
# 27 may 2016 13:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Moskva vilayətinin Lobnya şəhərində keçirilmiş “Rus klassikası. Lobnya – 2016” XXI Beynəlxalq Gənclər Teatr Festivalından qayıdıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər il ənənəvi keçirilən festivalda Azərbaycanı əməkdar artist Şövqi Hüseynov N.V.Qoqolun “Dəlinin qeydləri” mono-tamaşası ilə təmsil edib.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır.

Festivalda Azərbaycanla yanaşı, Almaniya, ABŞ, İspaniya, İsrail və Rusiyanın müxtəlif şəhərlərindən olan nüfuzlu teatr kollektivlərinin tamaşaları nümayiş etdirilib.

Qeyd edək ki, 1995-ci ildən keçirilən festivalın əsas məqsədi zəngin irsə malik klassik Rus ədəbiyyatı, musiqi və xoreoqrafiyasını əhatə edən Rus teatr incəsənətinə gənc auditoriyanın marağını daha artırmaq, uşaqların tərbiyə olunması və inkişafında yeni teatr metodlarından geniş istifadə etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR