Yaponiya hökuməti Azərbaycana 30 ekskavator verib - FOTO

Yaponiya hökuməti Azərbaycana 30 ekskavator verib - <span style="color: red;">FOTO
# 16 iyul 2014 13:43 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda Yaponiya hökumətinin Azərbaycana qrant layihəsi çərçivəsində texnikaların verilməsinin təqdimatı keçirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 2013-cü il Azərbaycan və Yaponiya hökuməti arasında “Meliorasiya və irriqasiya avadanlıqlarının təkmilləşdirilməsi layihəsinin ikinci mərhələsinə dair Nota və qrant sazişi” imzalanıb.

Bu gün Şirvan şəhərində həmin qranta əsasən yeni gətirilmiş texnikaların təqdimat mərasimində Yaponiya hökuməti tərəfindən “Meliorasiya və Su Təsərüfatı” ASC-yə 8,5 milyon ABŞ dolları dəyərində qrant ayrılması barəsində qərar qəbul edilib. Ayrılmış qrant hesabına layihə zonası kimi qəbul edilmiş İmişli, Beyləqan, Füzuli və Ağcabədi rayonlarında suvarma kanalları və kollektor drenaj şəbəkələrinin lildən təmizlənməsi, onların su buraxma qabiliyyətinin yaxşılaşdırılması, əkin sahələrinin itkisiz suvarma suyu ilə təminatı, torpaqların təkrar şoranlaşmasının qarşısının alınması və bununla əkin sahələrinin məhsuldarlığının artırılması məqsədilə müasir torpaqqazan texnikaların alınması, habelə yeni alınmış mövcud texnikalara texniki qulluğun aparılması ilə Şirvan servis mərkəzində quraşdırılması nəzərdə tutulan sex avadanlıqlarının alınması nəzərdə tutulub.

Yaponiya Beynəlxalq Yardım Agentliyinin (JİCA) tələblərinə uyğun olaraq qrant hesabına avadanlıqların alınması məqsədilə 2013-cü ilin avqust ayında Tokio şəhərində tender keçirilib və “Azərbaycan Meliorasiya və Su Təsərüfatı” ASC ilə tenderin qalibi “İTOCHU” şirkəti arasında müqavilə imzalanıb. Qrant hesabına 30 ədəd “Hitachi” markalı ekskavator, 4 ədəd Caterpillar markalı buldozer, 1 ədəd 40 tonluq avtoqoşqu, 1 ədəd avtoemalatxana, 1 ədəd səyyarı yağdəyişmə aparatı və texnikalara təmir servis xidməti göstərmək məqsədilə 1 dəst sex avadanlıqları alınıb, müvəqqəti saxlanılması və operatorlara təlim keçirilməsi məqsədilə cəmiyyətin Şirvan şəhərində yerləşən bazasına yerləşdirilib. Layihənin həyata keçirilməsi 3 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, 2004-cü ildə həyata keçirilmiş layihənin birinci mərhələsinin nəticələri yüksək qiymətləndirilib, buna uyğun olaraq ikinci mərhələ üçün qrant ayrılıb.

Təqdimat mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Tsuqo Takanaçi, Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR