Nizaməddin Şəmsizadənin 60 illik yubileyi qeyd olunub

Nizaməddin Şəmsizadənin 60 illik yubileyi qeyd olunub
# 10 aprel 2015 07:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Aprelin 9-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında professor Nizaməddin Şəmsizadənin 60 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq yazıçıları Anar, Elçin Əfəndiyev, hökumət nümayəndələri, Milli Məclisin deputatları iştirak edib, yubilyarın həyat yolundan, elmi-bədii yaradıcılığından söz açıblar.

Qeyd olunub ki, N. Şəmsizadə 30-a yaxın elmi, ədəbi-tənqidi kitabın, 200-dən çox məqalənin müəllifidir. Onun “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabı 2010-cu ildə Dövlət mükafatına layiq görülüb.

Tədbirdə Nizaməddin Şəmsizadə haqqında akademiklər Kamal Talıbzadə, Bəkir Nəbiyev, xalq yazıçısı Elçin və başqalarının dedikləri fikirlər oxunub.

Gecədə alimin şeirləri və əsərlərində parçalar səsləndirilib, tanınmış müğənnilər tərəfindən xalq və bəstəkar mahnılar ifa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR