Xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyi qeyd olunub

Xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyi qeyd olunub
# 18 dekabr 2014 07:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un nümayəndələri də iştirak edib.

Nazir B. Şəkinskayanın həyat və yaradıcılığı haqqında məlumat verib. Ə. Qarayev bildirib ki, aktrisanın sənət yolunun ən böyük uğurları Bakı ilə bağlıdır: “Azərbaycan səhnəsinin Cülyettası” adlandırılan Barat Şəkinskaya klassik və çağdaş dramaturqların əsərlərində canlandırdığı bənzərsiz obrazlar ilə milli teatr sənətimizin görkəmli simaları səviyyəsinə yüksəlib. O, Cülyetta, Dezdemona, Luiza, Viola kimi mürəkkəb obrazlar yaradıb”.

Yubiley gecəsində aktrisaya həsr edilən film göstərilib, iştirak etdiyi tamaşalardan səhnələr nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR