Avropa İttifaqının Bakı ofisinin rəhbəri: “Bu il Avropa qonşuluq siyasәtinin dәyişdirilməsi planlaşdırılır”

Avropa İttifaqının Bakı ofisinin rəhbəri: “Bu il Avropa qonşuluq siyasәtinin dәyişdirilməsi planlaşdırılır”
# 01 aprel 2015 08:53 (UTC +04:00)

APA-nın mәlumatına görә, bunu Avropa İttifaqının Bakı ofisinin rәhbәri Malena Mard martın 25-də Avropa Komissiyasının Avropa qonşuluq siyasәti üzrә hazırladığı hesabatı şərh edərkən deyib.

Onun sözlәrinә görә, bu il Avropa qonşuluq siyasәtinin bir qәdәr dәyişdirilməsi planlaşdırılır: "Bu ilin payız aylarında yeni siyasәt başlanacaq. Statistika göstәrir ki, viza sadәlәşdirilmәsi mәsәlәsindәn sonra sәfәrlәrin sayı artıb. Ötәn il 75 min viza verilib. Avropa İttifaqı Azәrbaycanın ticarәt tәrәfdaşı vә investorudur. Bu ölkә iqtisadiyyatın diversifikasiyası siyasәtini aktiv şәkildә hәyata keçirib. Bu hәm Azәrbaycan, hәm dә digәr ölkәlәr üçün mühüm məsələdir. Enerji sahәsindә әmәkdaşlıq da yaxşı davam edir".

Diplomat bildirib ki, hesabatda narahazılıq doğuran mәsәlәlәr dә yer alıb: "Bunlar demokratik keçidlә bağlı mәsәlәlәrdir. Siz artıq Avropa İttifaqının hesabatları ilә dә tanış olmusuz. Biz Azәrbaycanda vә digәr ölkәlәrdә vәtәndaş cәmiyyәtinin inkişafı istiqamәtindә fәaliyyәt göstәrәcәyik. Biz qrant layihələrinin icrası ilә bağlı yeni qaydaların qәbulunu sәbirsizliklә gözlәyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR