Azərbaycanın müdafiə naziri Qazaxıstan Silahlı Qüvvələrinin hərbi bazalarından birində olub - FOTOSESSİYA

Azərbaycanın müdafiə naziri Qazaxıstan Silahlı Qüvvələrinin hərbi bazalarından birində olub - <span style="color: red;">FOTOSESSİYA
# 04 noyabr 2015 14:32 (UTC +04:00)

Bakı - APA. Qazaxıstanda rəsmi səfəri çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov noyabrın 4-də bu ölkənin hərbi sənaye kompleksinin aparıcı müəssisələrindən olan “Kazakhstan Aselsan Engineering”də olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yüksək texnologiyaların tətbiqinə əsaslanan elektron-optik cihazların istehsalı sahəsində ixtisaslaşan müəssisənin fəaliyyəti ilə tanış olan nümayəndə heyəti məhsulların hazırlanması sahələrinə və sınaq sexlərinə də baxıb.

Sonra nazir Qazaxıstan Silahlı Qüvvələrinin hərbi bazalarından birini ziyarət edib. Burada o, hərbi desant kompleksi, hərbi hissənin silah və texnika sərgisi ilə tanış olub. Müdafiə naziri şəxsi heyət tərəfindən nümayiş olunan binaya hücum, gecə və gündüz rejimində müxtəlif silahlardan atəş açma və manelər zolağının dəf edilməsi məşqlərini də izləyib.

Müdafiə nazirinin Qazaxıstana səfəri noyabrın 5-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR