SOCAR Albaniyada qaz distributorluğu yaratmaq niyyətindədir

SOCAR Albaniyada qaz distributorluğu yaratmaq niyyətindədir
# 06 mart 2015 15:56 (UTC +04:00)

Bakı - APA-Economics. Bolqarıstan "Şahdəniz" layihəsindən 1 milyard kubmetr həcmində qazın alınmasına dair Azərbaycanla müqavilə imzalayıb.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

"Bildiyiniz kimi, sözügedən müqavilə "BolqarTransQaz" şirkəti ilə imzalanıb. Lakin Bolqarıstan tərəfindən alınan qazın gələcəkdə hara satılacağı məlum deyil, bu istiqamətdə danışıqlar gedir", - deyə R. Abdullayev bildirib.

SOCAR prezidenti onu da qeyd edib ki, Azərbaycan tərəfi Albaniyada qaz şəbəkəsi qurmaq niyyətindədir. "Biz bu yaxınlarda Albaniyada olduq. Aidiyyatı qurumların rəhbər şəxsləri ilə görüşüb bu məsələni müzakirə etdik", - deyə o əlavə edib.

Trans-Adriatik qaz kəmərinin Albaniyanın ərazisindən keçdiyini xatırladan R. Abdullayev bildirib ki, SOCAR adıçəkilən ölkədə qaz distributorluğu yaratmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR