Çexiya – Malta matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək

Çexiya – Malta matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək
# 01 sentyabr 2015 23:25 (UTC +04:00)

Bakı-APA. 21 yaşlılardan ibarət milli komandaların 2017-ci ildə Polşada keçiriləcək Avropa Çempionatının seçmə mərhələ oyunları davam edir. Apasport.az saytının məlumatına görə, seçmə mərhələ çərçivəsində baş tutacaq Çexiya – Malta matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək.



Belə ki, UEFA sentyabrın 4-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyuna FİFA referisi Rəhim Həsənovu baş hakim təyin edib.



Bu məsul oyunda Həsənova Namiq Hüseynov və Vaqif Musayev yardımçı olacaqlar.



Oyunun 4-cü hakimi isə Əliyar Ağayev təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR