Sabah Göyçay və Ağcabədi rayonlarının bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Sabah Göyçay və Ağcabədi rayonlarının bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq
# 19 noyabr 2015 14:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah Ağdaş və Ağdam magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, noyabrın 20-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Göyçay-1” və Ağdam magistral qaz kəmərləri sahəsinin “Ağcabədi” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Göyçay və Ağcabədi rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR