Azərbaycan QHT-ləri Türkiyənin “Sabah” qəzetində dərc olunan məqaləyə etirazlarını bildiriblər

Azərbaycan QHT-ləri Türkiyənin “Sabah” qəzetində dərc olunan məqaləyə etirazlarını bildiriblər
# 04 dekabr 2014 14:31 (UTC +04:00)

Forumdan APA – ya verilən məlumata görə, bəyanatda deyilir ki, Azərbaycan müstəqilliyini bərba etdiyi gündən xalqı və ictimaiyyəti qardaş Türkiyə xalqını və Türkiyə Cümhuriyətini ən böyuk dayaq bilib və bilməkdədir.

“Təəssüf hissi ilə bildiririk ki, bəzi hallarda xalqlarmızın birliyinə xələl gətirən qüvvələr bu inamı sarsıtmağa çalışırlar. Bu gün Türkiyənin “Sabah” qəzeti Azərbaycanın müstəqilliyinə qarşı olan yazı dərc edib. Qəzetdə yer alan “3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!” adlı məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi “Dağlık Karabağ Cumhuriyeti” kimi göstərilib. Biz Qeyri Hökumət Təşkilatları qardaş ölkədə fəaliyyət göstərən bir qəzetdə Azərbaycana qarşı bu cür münasibət sərgiləyən, Azərbaycan ərazisini “Dağlık Karabağ Cumhuriyeti” kimi göstərilməsinə kəskin etiraz edirik. Hesab edirik ki, bu kimi yazılar Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq istəyənlərə xidmət edir. 20 ildən artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, minlərlə azərbaycanlını girov götürüb, on minlərlə insanı qətlə yetirib. Ermənilər qoca, uşaq, qadın demədən azərbaycanlılara bəşəriyyətin görmədiyi işgəncələri veriblər. Bütün bunlara baxmayaraq Türkiyədə nəşr olunan “Sabah” qəzeti Azərbaycanın işğal olunmuş ərazilərini ermənilərə məxsus dövlət kimi göstərib”.

Bəyanatda o da deyilir ki, Forum dünyanın heç yerində tanınmayan, qəbul edilməyən qondarma və terrorçu bir qrupun “Sabah” qəzetində müstəqil dövlət kimi təqdim olunmasını Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid hesab edir: “Biz Azərbaycan Milli QHT Forumunun üzvü olan 648 QHT rəhbərləri bildiririk ki, qardaş bir ölkədə fəaliyyət göstərən “Sabah” qəzeti bu yazı ilə on minlərlə azərbaycanlı şəhidin ruhunu, ölkədə və dünyada yaşayan milyonlarla azərbaycanlını və türkü təhqir edib. Bundan irəli gələrək “Sabah” qəzetinin rəhbərliyindən bu məsələ ilə bağlı Azərbaycan xalqından üzr istəməsini, təkzib verməsini tələb edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR