Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının açılışına həsr olunan mətbuat konfransı keçirilib - FOTO

Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının açılışına həsr olunan mətbuat konfransı keçirilib - <span style="color: red;">FOTO
# 30 iyun 2015 10:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Bəstəkarlar İttifaqında Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlaqədar mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək musiqi bayramında bir sıra xarici ölkələrin və Azərbaycanın musiqi kollektivləri, azsaylı xalqların xor, mahnı və rəqs ansamblları iştirak edəcək.

Festival çərçivəsində ilk konsert iyulun 1-də keçiriləcək.

Konsertdə Yaponiyanın “Kamiqata Sumiyosi Kai” ansamblı milli musiqilərini ifa edəcəklər.

Şəkidəki Yay Teatrında festivalın təntənəli açılış mərasimi olacaq və mərasimdə Türkiyənin “Çukurova Semfoni” simfonik orkestri geniş konsert proqramı ilə çıxış edəcək.

F. Əlizadə bildirib ki, festivalda ilk dəfə olar Polşadan gəlmiş musiqi qrupu da iştirak edəcək.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Türkiyənin və Polşanın Azərbaycandakı səfirliklərinin nümayəndələri təmsil etdiyi qurumların festivala dəstəyindən danışıblar.

Qeyd edək ki, festival iyulun 5-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR