ABŞ hökumətinin sabiq əməkdaşı casusluqda təqsirləndirilir

ABŞ hökumətinin sabiq əməkdaşı casusluqda təqsirləndirilir
# 09 may 2015 00:52 (UTC +04:00)

Bakı-APA. ABŞ hökumətinin sabiq əməkdaşına qarşı ABŞ Energetika Nazirliyindən nüvə silahına dair məlumatların oğurlanması cəhdi ilə bağlı ittiham irəli sürülüb.

APA-nın BBC-yə istinadən məlumatına görə, Çarlz Ekklston qazanc əldə etmək məqsədi ilə xarici dövlətlərin birinə məxfi məlumatlar ötürmək niyyətində imiş.

Ç.Ekklston Federal Təhqiqat Bürosunun agentləri tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Əməli sübuta yetirildiyi təqdirdə ABŞ hökumətinin sabiq əməkdaşını 50 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR