SOCAR bir ildə qazma işlərini 3%-dən çox azaldıb

SOCAR bir ildə qazma işlərini 3%-dən çox azaldıb
# 06 iyun 2016 14:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin may ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10 453 metr qazma işi həyata keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin may ayı ilə müqayisədə 322 metr və 2,99% azdır. Bu sahədə görülmüş işlərin 10 184 metri istismara, 269 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-may aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 42 493 metr qazma işi görülüb ki, bu da 2015-ci ilin beş ayı ilə müqayisədə 1 425 metr və ya 3,24% azdır. Bunun da 42224 metri istismara, 269 metri isə kəşfiyyata aid olub.

Bundan əlavə, may ayı ərzində qazmadan alınmış 5, ilin əvvəlindən isə 19 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR