Qonşusunu qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Qonşusunu qətlə yetirən şəxsin məhkəməsi başlayıb
# 24 iyun 2016 09:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Kamran Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 1-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin dekabrında Binəqədi rayonu ərazisində 32 yaşlı Bağırov Kamran Vahid oğlu 29 yaşlı Rüstəmov Cümşüd Əsəddulla oğlunu bıçaqlayaraq qətlə yetirib.

Kamran Bağırov könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gedib və törətdiyi əməli etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR