Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib

Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
# 29 avqust 2014 03:15 (UTC +04:00)

Bakı-APA. Kyuşu adasının şərq hissəsində 5,8 bal gücündə zəlzələ baş verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sakit okeanda, Miyazaki şəhərindən 42 km aralıda, ocağı isə 22 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR