Co Bayden ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək

Co Bayden ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək
# 25 avqust 2015 12:33 (UTC +04:00)

Bakı - APA. ABŞ-ın vitse-prezidenti Co Bayden prezident Barak Obamadan prezident seçkilərinə qatılmaq üçün “xeyir-dua” alıb.

APA-nın xəbərinə görə, bu barədə CNN Demokratlar Partiyasından olan yüksək çinli nümayəndəyə əsasən məlumat yayıb. Məlumata görə, bu məsələ Bayden və Obamanın Ağ Evdə naharı zamanı müzakirə olunub. Bildirilir ki, B. Obama C. Baydenin namizədliyini irəli sürməsinə qarışmayacaq.


Vitse-prezidentin ofisindən isə bununla bağlı şərh verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR