Aklif Əlizadə: “Bir də ayılıb görəcəyik ki, sentyabr ayıdır, amma kitab hazır deyil” - FOTO

Aklif Əlizadə: “Bir də ayılıb görəcəyik ki, sentyabr ayıdır, amma kitab hazır deyil” - <span style="color: red;">FOTO
# 07 aprel 2015 12:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası ilə AMEA-nın elmi müəssisələrinin Direktorlar Şurasının birgə iclası keçirilib.

APA-nın xəbərinə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclasda bildirib ki, aprelin 29-da keçiriləcək illik ümumi yığıncaqda ilk dəfə olaraq “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim ediləcək: “Bildiyiniz kimi, bizim illik ümumi yığıncağımız aprelin 29-na təyin olunub. Yığıncağın gündəliyi ayın 15-də Rəyasət Heyətinin iclasında təsdiqlənəcək”.

A. Əlizadə AMEA-nın 70 illik yubileyi ilə bağlı çap olunacaq “AMEA 70” kitabının çapına institutların ciddi yanaşmadığını söyləyib: “Mən kitabdakı hər bir hissəsini oxuyacağam. Bu kitab akademiyanın simasıdır. “At getsin”, formal yanaşılan hissələr kitabdan çıxarılacaq. Bax, sonra deməyin ki, bizim hissə niyə kitabda yoxdur. Bu barədə söhbət aparmaqdan yoruluram. Tarixdə qalacaq, ona görə sanballı kitab olmalıdır. Mən inanmıram ki, o kitabda yenilik olmasın, sadəcə, yeniliyi alim kimi, məsuliyyətlə şərh etmək lazımdır. Vaxt daralır, may ayı gəlir. Sonra yay tətilləri gəlir, bir də ayılıb görəcəyik ki, sentyabr ayıdır, amma kitab hazır deyil. Kitabın çapı yubanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR