Biləsuvarda gəmiricilərə qarşı mübarizə tədbirləri görülür

Biləsuvarda gəmiricilərə qarşı mübarizə tədbirləri görülür
# 08 iyul 2016 07:41 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev – APA. Biləsuvarda əkin sahələrində yayılmış gəmiricilərə qarşı kütləvi mübarizə tədbirlərinə başlanılıb.

APA-nın cənub bürosunun məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları rayondakı əkin sahələrində gəmiricilərin zərərsizləşdirilməsi üçün kimyəvi dərmanlama aparırlar.

Mərkəzin rəis əvəzi Damət Soltanov bildirib ki, dərmanlanma aparılan sahələr zərərvericilərin ərazilərdəki iqtisadi ziyanvurma həddinə görə təyin olunur. Bir hektarlıq sahədə gəmiricilərin aktiv yuvalarının sayı 300-dən yuxarı olduqda həmin sahədə kimyəvi dərmanlama aparıla bilər: “Bu il sahələrdə zərərvericilərə daha çox rast gəlinməsi onların yaş həddinin 3-cü mərhələsinə keçməsi ilə əlaqədardır. Gəmiricilər çoxalaraq sahələrə yayılıb”.

Qeyd edək ki, gəmiricilərlə mübarizə tədbirləri çərçivəsində Biləsuvar rayonunda, həmçinin kənd təsərrüfatı bitkilərində digər xəstəliklərin də monitorinqi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR