Sabah Bakıda və Abşeronda havanın hərarəti 26 dərəcəyədək yüksələcək

Sabah Bakıda və Abşeronda havanın hərarəti 26 dərəcəyədək yüksələcək
# 15 may 2015 11:51 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Mayın 16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 21-26 dərəcə isti olacaq.

Mayın 16-da bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacağı, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 10-15, gündüz 22-27, dağlıq və dağ ətəyi rayonlarda isə gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR