“Qırmızı körpü” sərhəd keçid məntəqəsində üzərində 194 min saxta dollar olan şəxs saxlanılıb

“Qırmızı körpü” sərhəd keçid məntəqəsində üzərində 194 min saxta dollar olan şəxs saxlanılıb
# 25 may 2015 21:02 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan daxili işlər nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, adı açıqlanmayan Gürcüstan vətəndaşının üzərindən 194,4 min saxta dollar əsginasları aşkar edilib və əşyaya-dəlil kimi götürülüb. Saxlanılan şəxs günahını boynuna alıb.

Gürcüstan DİN-nin məlumatına görə, Gürcüstan CM-nin 212 maddəsinin 2-ci hissəsi ilə (külli miqdarda saxta əsginasların, qiymətli kağızların və metal sikkələrin istehsalı, saxlanılması və satışı) cinayət işi başlanılıb, araşdırma aparılır. Saxlanılan şəxsin günahı sübut olunarsa, o, 4 ildən 7 ilədək azadlıqdan məhrum olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR