İqtisadiyyat və Sənaye Nazirliyi 30-a yaxın xidmətini elektronlaşdırıb

İqtisadiyyat və Sənaye Nazirliyi 30-a yaxın xidmətini elektronlaşdırıb
# 15 oktyabr 2014 12:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırda vətəndaşlara 28 elektron xidmət göstərilir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu xidmətlərin 7-si interaktiv, 21 isə informativ elektron xidmətlərdir. Nazirlik tərəfindən göstərilən elektron xidmətlərdən istifadə üçün qurumun www.economy.gov.az internet səhifəsində yaradılmış Elektron Xidmətlər Bölməsinə daxil olmaq və müvafiq e-xidmətdən istifadə etmək olar.

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən interaktiv e-xidmətlər (lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi, kommersiya hüquqi şəxslərin qrant müqavilələrinin qeydiyyatı, inzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi) Elektron Hökumət Portalında (www.e-gov.az) da yerləşdirilib.

Nazirlik tərəfindən göstərilən elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR