Sergey Narışkin: “Litva prezidenti Dalya Qribauskayte Mixail Saakaşvilinin taleyini yaşaya bilər”

Sergey Narışkin: “Litva prezidenti Dalya Qribauskayte Mixail Saakaşvilinin taleyini yaşaya bilər”
# 25 noyabr 2014 13:13 (UTC +04:00)

Bakı – APA. “Litva prezidenti Dalya Qribauskayte Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin taleyini yaşaya bilər”.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin deyib.

“Rusiyanı terrorçu dövlət adlandıran Qribauskayte vaxtilə Rusiya əleyhinə sərt bəyanatlarla tanınan bir “siyasi personaj” kimi hərəkət edib. Haradadır indi bu adam? Bu gün ölkəsində Saakaşviliyə salam vermək istəyən belə yoxdur”, - deyə o vurğulayıb.

S. Narışkin qeyd edib ki, Qribauskayte verdiyi bəyanatlarla “öz ağaları”nın, həmçinin radikal millətçilərin, neonasistlərin və digər marginalların xoşuna gəlmək istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR