Xaçmazda qəbiristanlıq yanıb

Xaçmazda qəbiristanlıq yanıb
# 17 iyul 2014 21:22 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xudat-Qusar yolunun üzərində yerləşən Xudat şəhər qəbiristanlığında yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin və Xudat Dövlət Yanğından Mühafizə bölməsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində 8000 kvadratmetrlik ərazi yanıb. Taxtadan olan başdaşılarına da ziyan dəyib. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Qeyd edək ki, bu il həmin qəbiristanlıqda bir neçə dəfə yanğın baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR