Muzey Mərkəzində “Gözəllik nuru” layihəsinin növbəti təqdimatı olub

Muzey Mərkəzində “Gözəllik nuru” layihəsinin növbəti təqdimatı olub
# 06 mart 2015 12:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, “Kukla” art qalereyasının və Milli Musiqi Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Gözəllik nuru” adlı layihənin növbəti təqdimatı keçirilib.

APA-nın məlumatına görə, təqdimatda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, “Gözəllik nuru” incəsənət layihəsi qadınların incəsənətdə və həyatdakı roluna həsr olunub:

“Ənənəvi olaraq keçirilən layihənin növbəti mərhələsi hər il daha maraqlı yeniliklərlə görüşünüzə gəlir. Builki layihədə “Gözəllik nuru”nun əsas konsepsiyası teatr və musiqi sənəti ilə üzvi şəkildə birləşən təsviri incəsənətdir. Bu il layihənin əsasında ölkəmizin iki tanınmış qadın rəssamı - İrina Eldarova və Rəna Əmrahovanın yaradıcılığı durur. Onların hər ikisi qadın şəxsiyyətinin sirrini özünəməxsus şəkildə açıqlayır. Rəna Əmrahova bu məsələdə mənəvi və emosional təfərrüata diqqəti cəlb edirsə, İrina Eldarova intellekt və dünyagörüşünün dərinliyinə varır”.

Tədbirdə Elçin Şirinovun rəhbərliyi ilə caz qrupu, Vurğun Vəkilov (fortepiano), Ceyla Seyidova (skripka) və vokal ifaçısı Mərziyə Hüseynova musiqi nömrələri ilə çıxış ediblər.

Tədbirin ekspozisiyasında “Kukla” art qalereyasının kolleksiyasından eksponatlar yer alıb.

Sərgi martın 12-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR