Azərbaycan prezidenti Belçika Kralını təbrik edib

Azərbaycan prezidenti Belçika Kralını təbrik edib
# 19 iyul 2014 15:30 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Belçika Kralı Əlahəzrət Filippi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, Belçika Krallığının milli bayramı münasibətilə sizə və sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu bayram günündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR