Şuşa Dövlət Musiqili Dram Teatrı iyulun 10-da mövsümə yekun vuracaq

Şuşa Dövlət Musiqili Dram Teatrı iyulun 10-da mövsümə yekun vuracaq
# 07 iyul 2015 12:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Şuşa Dövlət Musiqili Dram Teatrı iyulun 10-da Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşa ilə mövsümə yekun vuracaq.

APA-nın məlumatına görə, səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, tərtibatçısı Orxan Kərimov, rəqslərin tərtibatçısı Pedram Nazeradli, quruluşçu rəssamı Xaliq Cabbarovdur.

Tamaşada rolları əməkdar artistlər Azad Məmmədov, Şükufə Musayeva, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Mətanət Eres, Aybəniz Əhmədova, Nazir Rüstəmov və başqaları ifa edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR