Lənkəranda narkotiklərin  növbəti məhvetmə kampaniyası keçirilib

Lənkəranda narkotiklərin  növbəti məhvetmə kampaniyası keçirilib
# 20 noyabr 2014 14:14 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev-APA. Lənkəran Şəhər-Rayon Polis Şöbəsində (ŞRPŞ) rayon məhkəməsinin qərarına əsasən müsadirə olunmuş narkotik vasitələrin məhvetmə kampaniyası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti yanında yaradılmış komissiya üzvlərinin iştirakı ilə Lənkəran icra şöbəsinin icraatında olan 79 icra sənədi üzrə müxtəlif çəkidə, 5 növdə narkotik vasitə yandırılaraq məhv edilib.

Yandırılma prosesi zamanı əsasən rayon məhkəməsinin cari il ərzindəki icra qərarlarına əsasən müsadirə olunmuş narkotik maddələr dövriyyədən çıxarılıb.

Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR