Xoşbəxt Yusifzadə: "Ümid" yatağında 4 özüldə 19 istismar quyusu qazılacaq

Xoşbəxt Yusifzadə: "Ümid" yatağında 4 özüldə 19 istismar quyusu qazılacaq
# 03 iyun 2016 09:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Xəzər dənizin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağının işlənməsi çərçivəsində 4 özülün quraşdırılması və bu özüllərdə 19 istismar quyusunun qazılması layihəsi üzərində iş aparılır.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Xəzər Beynəlxalq Neft-Qaz Konfransında çıxış edərkən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hazırda "Ümid" yatağında iki quyu işləyir və 1 quyu qazılmaqdadır: “Bu günədək yataqdan 153 min ton kondensat və 955 mln. kubmetr qaz hasil edilib", -deyə SOCAR rəsmisi qeyd edib.

X. Yusifzadə həmçinin əlavə edib ki, Bulla-Dəniz yatağında yeni istifadəyə verilmiş və dərinliyi 5 900 metr 78 saylı axtarış quyusunun qazma işləri həyata keçirilir: “Yatağın gələcək işləmə proqramında 2016-2025-ci illər arasında burada 5 yeni özülün tikilməsi nəzərdə tutulur. Bu özülə 26 quyunun qazılması nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR