Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 29 iyul 2014 12:04 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, Xətai rayonu, Şirvani küçəsi - 2A ünvanında yerləşən yaşayış binasındakı mənzillərdən birində baş verən yanğına ilkin ehtimala görə qısaqapanma səbəb olub. Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

***

Saat: 12:38

Bakı. Hafiz Heydərov - APA. Bakıda yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Xətai rayonu, Şirvani küçəsi - 2A ünvanında yerləşən yaşayış binasındakı mənzillərdən birində qeydə alınıb. Yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR