SOCAR bir il ərzində qazma işlərini 32% azaldıb

SOCAR bir il ərzində qazma işlərini 32% azaldıb
# 03 fevral 2015 13:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar ayında həyata keçirilmiş qazma işlərinin həcmini açıqlayıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ötən ay ərzində SOCAR Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla, 7 165 metr qazma işi həyata keçirib. Bu, 2014-cü ilin yanvar ayı ilə müqayisədə 3 327 metr və ya 31,7% azdır.

Bu sahədə görülmüş işlərin 6908 metri istismara, 257 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, 2014-cü ilin yanvar ayında SOCAR 10 492 metr qazma işi həyata keçirib. Görülmüş işlərin 10 424 metri istismara, 68 metri isə kəşfiyyata aid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR