Paşha Bank
Bank Of Baku

Dövlət Agentliyi: Azərbaycanda reklamların 70%-i xarici dildədir

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədr müavini Lalə Abdullayeva

© APA | Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədr müavini Lalə Abdullayeva

# 19 noyabr 2026 12:59 (UTC +04:00)

"Azərbaycanda hazırda reklamların 70%-i xarici dildədir".

APA xəbər verir ki, bunu Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədr müavini Lalə Abdullayeva Dövlət-Biznes Əməkdaşlığı Forumunda keçirilən “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları” adlı panel müzakirəsində bildirib.

O qeyd edib ki, Agentlik bu məsələ ilə bağlı maarifləndirmə kampaniyası aparır və sahibkarları reklamlarında Azərbaycan dilindən də istifadə etməyə çağırır.

Onun sözlərinə görə, məqsəd sahibkarların marketinq və PR siyasətinə müdaxilə etmək deyil, Azərbaycan dilinin qorunmasına töhfə verməkdir.

Lalə Abdullayeva bildirib ki, əsas problemlərdən biri sahibkarların Agentliyə müraciət etmədən reklam yerləşdirməsidir. Agentlik isə ilk mərhələdə cərimə tətbiq etmək əvəzinə bildirişlər, görüşlər və SMS-lər vasitəsilə sahibkarları qanunvericiliyin tələbləri barədə məlumatlandırmağa çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR