AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib - NƏTİCƏLƏR

AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 13 oktyabr 2014 23:15 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, milli komandamızın səfərdə Xorvatiya yığması ilə oynadığı gün rəqibləri də meydana çıxıb.

Berti Foqtsun yetirmələrini Palermoda məğlub edən (2:1) İtaliya bu dəfə Malta ilə üz-üzə gəlib. “Skuadra Adzurra” rəqibini minimal hesabla üstələyib. Norveç isə qrupda ikinci qələbəsini qazanıb. Dogma publika önündə Bolqarıstanı sınağa çəkən norveçlilər görüşdən 2:1 hesablı qalib ayrılıb.

Мillimizin qrupu ilə yanaşı, A və B qrupunun komandaları da mübarizə aparıb. İki oyundu uduzan Türkiyə yığması bu dəfə Latviyanı sınağa çəkib. “Ay-ulduzlular” yenə qələbəyə həsrət qalıb. Baş məşqçi Fatih Tərimin yetirmələri meydandan 1:1 hesablı sülhlə ayrılıb. Qazaxıstan Çexiyaya uduzub – 2:4. İslandiya isə Hollandiyaya 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi səfərdə Xorvatiyaya 0:6 hesabı ilə uduzub.

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

13 oktyabr

Malta - İtaliya - 0:1

Qol: Pelle, 23

Norveç - Bolqarıstan - 2:1

Qollar: Elyounoussi, 13, Nielsen, 77 - Bodurov, 43

A qrupu

Qazaxıstan - Çexiya - 2:4

Qollar: Loqvinenko, 84; 90+1 - Doskal, 13, Lafata, 44, Kreyci, 56, Necid

İslandiya - Hollandiya - 2:0

Qollar: Siqurdsson, 10-pen; 42

Latviya – Türkiyə - 1:1

Sabala, 54-pen - Kisa, 47

B qrupu

Andorra - İsrail - 1:4

Qollar: Lima, 15-pen - Damari, 3; 41; 82, Hemed, 90+6

Bosniya və Herseqovina - Belçika - 1:1

Qollar: Dzeko, 28 - Nainqqolan, 51

Uels – Kipr - 2:1

Qollar: Kotterill, 13, Robson-Kanu, 23 - Laban, 36

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR