Tarixçi alim Solmaz Qaşqayın kitabı İranda çap olunub

Tarixçi alim Solmaz Qaşqayın kitabı İranda çap olunub
# 04 may 2013 04:59 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Qədim dövr Azərbaycan tarixi üzrə görkəmli mütəxəssis, nüfuzlu tarixçi alim, tarix elmləri doktoru Solmaz Qaşqayın “Manna dövləti” kitabı İranda fars dilində çap olunub. APA-nın “BayBak”a istinadən məlumatına görə, kitab “Qoqnus” mətbəəsi tərəfindən buraxılıb. “Doulət-e Manna” adı ilə çap olunan kitabı Azərbaycan dilindən farscaya Pərviz Zare Şahmərsi çevirib. Hazırda kitab Tehranda keçirilən 26-cı Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir.

Qeyd edək ki, Solmaz Qaşqayın “Manna dövləti” kitabı 1993-cü ildə Bakıda Azərbaycan Dövlət Nəşriyyatı ("Azərnəşr") tərəfindən çap olunub. Monoqrafiya eramızdan əvvəl birinci minilliyin əvvəllərində Azərbaycan ərazisində yaranmış ən qədim dövlətlərdən olan Mannanın siyasi və iqtisadi tarixinə həsr olunub. Əsərdə Güney Azərbaycan ərazisində qazıntılar zamanı aşkar edilmiş mixi yazılarından istifadə edilib. Kitabda dövlət quruculuğu və etnik problemlərə, təsərrüfatın müxtəlif sahələrinə xüsusi yer verilib. Manna dövlətində yüksək mədəniyyət və inkişaf etmiş iqtisadiyyat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR