Bakı Uşaq Teatrı İranda keçiriləcək festivalda iştirak edəcək

Bakı Uşaq Teatrı İranda keçiriləcək festivalda iştirak edəcək
# 13 oktyabr 2014 07:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakı Uşaq Teatrı İran İslam Respublikasına dəvət alıb.

APA-nın məlumatına görə, teatrın kollektivi oktyabrın 17-dən 24-dək Mərivan şəhərində keçiriləcək “IX Beynəlxalq Meydan Tamaşaları Festivalı”nda iştirak edəcək.

İrana səfər müddətində oktyabrın 15-də Ərdəbil şəhərində keçirilən “I Təkəm Meydan Tamaşaları Festivalı”na qonaq qismində qatılacaq kollektiv daha sonra Mərivan şəhərinə yola düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR