Azərbaycanda WORLDMEDİA.AZ saytı fəaliyyətə başlayıb

Azərbaycanda WORLDMEDİA.AZ saytı fəaliyyətə başlayıb
# 30 oktyabr 2015 14:33 (UTC +04:00)

Bakı – APA. Bu gündən etibarən fəaliyyətə başlayan www.worldmedia.az saytı Azərbaycanın informasiya məkanında bir ilkə imza atacaq. APA-nın xəbərinə görə, sayt Azərbaycan haqqında xarici KİV-də yayılan məqalə və reportajları Azərbaycan dilində oxuculara təqdim edəcək.

Hər gün xarici yazılı və elektron KİV-lərin monitorinqi ilə məşğul olacaq WorldMedia komandası, Azərbaycanla bağlı materialları operativ şəkildə tərcümə edərək oxucularla paylaşacaq. Saytın “Video” bölməsində isə xarici televiziya kanallarının Azərbaycana dair yayımladığı reportajlar, videosüjetlər Azərbaycan dilində dublyaj edilərək nümayiş olunacaq.

WorldMedia.az saytında siz dünyanın ən müxtəlif ölkələrinin aparıcı KİV-lərində Azərbaycan haqqında yer almış yazılarla tanış ola biləcəksiniz.

Saytın baş redaktoru əvvəllər “525-ci qəzet” və “Həftə İçi” nəşrlərində, “Milli.az” portalı və “Region plus” həftəlik analitik jurnalında çalışmış təcrübəli jurnalist Cahangir Həsənlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR