Göyçayda kanalda batan 21 yaşlı oğlanın meyiti tapılıb

Göyçayda kanalda batan 21 yaşlı oğlanın meyiti tapılıb
# 28 iyul 2014 09:38 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yuxarı Şirvan kanalının Göyçay rayonu, Hacalıkənd kəndi ərazisindən keçən hissəsində (“Mingəçevir” sularda xilasetmə məntəqəsindən, təxminən, 130 km məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1993-cü il təvəllüdlü Vüsal Fazil oğlu Şıxəliyevin cəsədi dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 5 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

27 İyul 2014 14:53

Bakı. Hafiz Heydərov - APA. Göyçayda 21 yaşlı oğlan kanalda batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Hacalıkənd kəndi ərazisindən keçən hissəsində (“Mingəçevir” sularda xilasetmə məntəqəsindən, təxminən, 130 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Vüsal Fazil oğlu Şıxəliyev batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.


Hazırda batan şəxsin axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR