Bəzi rayonlarda meyvə ağacları Amerika ağ kəpənəyinə yoluxub

Bəzi rayonlarda meyvə ağacları Amerika ağ kəpənəyinə yoluxub
# 17 iyun 2016 12:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Xaçmaz, Quba, Qusar, Lənkəran və Astara rayonlarında aparılan müşahidələr zamanı fərdi təsərrüfat sahələrində və parklarda əkilmiş ağacların, eyni zamanda meyvə bağlarındakı gavalı və tut ağaclarının Amerika ağ kəpənəyinə yoluxduğu aşkar olunub.


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibliyindən "APA-Economics"ə verilən məlumata görə, Amerika ağ kəpənəyinin birinci nəslinə qarşı 4 858 hektar sahədə müşahidə işləri həyata keçirilib və 436 hektar sahədə sirayətlənmə qeydə alınıb.

İyunun birinci yarısından etibarən, ümumilikdə 148 hektar sahədə mexaniki, 210 hektar sahədə isə dövlət büdcəsi vəsaiti hesabına kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə tədbirlərinin "SKOUT-28S-300" markalı çiləyiciləri vasitəsi ilə aparılması, mübarizənin operativliyini və səmərəliliyini bir neçə dəfə artırıb.

Qeyd edək ki, hazırda Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR