Arif Hacılı: “Müsavatın qurultayının Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilməsi mümkündür”

Arif Hacılı: “Müsavatın qurultayının Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilməsi mümkündür”
# 29 iyul 2014 09:59 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

A. Hacılı qeyd edib ki, partiya istənilən halda qurultayını keçirməlidir. Onun sözlərinə görə, qurultayın ləngiməsi Müsavat Partiyasına ciddi ziyan vurur: “Sentyabrın 27-nə qurultayımızı təyin edərkən Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində əsas fikir bundan ibarət oldu ki, nəyin bahasına olur-olsun, qurultayı keçirməliyik. Hələlik qurultayın partiyanın qərargahında və ya Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçirilməsi barədə qəti fikir söyləmək tezdir. Biz təbii ki, daha yaxşı variantları axtarmaqda davam edəcəyik və çalışacağıq ki, partiyanın qurultayı 800-1000 nəfərin iştirak edə biləcəyi uğurlu bir zalda təşkil olunsun. Sonuncu müraciətimizə cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətindən bildirmişdilər ki, partiya hər hansı şadlıq sarayı və ya özəl müəssisə ilə razılıq əldə edə bilər. Məncə, bu məsələlər də müzakirə olunmalıdır. Biz yenə də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR