Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Azərbaycan-İran sərhədində əməliyyat keçirib - YENİLƏNİB - FOTO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Azərbaycan-İran sərhədində əməliyyat keçirib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO
# 05 avqust 2014 10:21 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilmiş narkotik maddənin satılacağı barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Cəlilabad rayonunda keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 11 kiloqram həşişi satmaq istəyən 43 yaşlı İlyas Nağıyev cinayət başındaca yaxalanıb. Saxlanılan şəxs bildirib ki, İranda tanış olduğu Cəfər adlı şəxs ona zəng vuraraq həşişin Cəlilabad rayonu ərazisində gizlədildiyini deyib.

İlyas Nağıyev Cəfər adlı şəxsin tapşırığı ilə narkotik maddəni götürərək satmaq üçün əvvəlcədən tapdığı müştəriyə aparıb. İlyas Nağıyev 11 kiloqram həşişi 27.500 Amerika dollarına satarkən əməliyyatçılar tərəfindən ələ keçirilib.

Saxlanılan şəxsdən həşiş və 27.500 dollar maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə iş başlayıb, istintaq aparılır.

Polis əməkdaşları narkotik maddənin mənbəyini araşdırır.

***

04 avqust saat 13:20

Bakı. Hafiz Heydərov - APA. Cəlilabad rayon sakini xeyli miqdarda narkotik vasitəni satarkən saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini İlyas Nağıyev 11 kiloqram həşişi satarkən tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR