Nigeriyada dəhşətli yol qəzası baş verib, 19 nəfər ölüb

Nigeriyada dəhşətli yol qəzası baş verib, 19 nəfər ölüb
# 20 iyun 2016 00:51 (UTC +04:00)

Bakı-APA. Nigeriyada baş verən ağır yol qəzasında azı 19 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənub-qərbindəki Oqun əyalətində qeyd alınıb.

Belə ki, yanacaq daşıyan yük avtomobili digər yük maşınını ötüb keçmək istəyərkən onunla toqquşub, sonra isə qarşıdan gələn sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində 19 nəfər ölüb, yaralılar barədə məlumat verilmir.

Qeyd edək ki, mayın 26-da Nigeriyanın Daura şəhərində avtobusla minik avtomobilinin toqquşması 20 nəfərin ölümünə səbəb olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR