Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
# 22 iyul 2014 06:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün saat 12:00-dək Lənkəran, saat 13:00-dan 15:00-dək Astara və Qax, saat 18:00-dək isə Şamaxı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, fasilə qaz nəqli sistemində təmir işlərinin aparılması, ölçü qovşaqlarında quraşdırılmış diafraqmaların dəyişdirilməsi və daraldıcı qurğuların təftiş olunması ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR