Norveç AB-nin Rusiyaya qarşı yeni sanksiyalarına qoşulmaq niyyətindədir

Norveç AB-nin Rusiyaya qarşı yeni sanksiyalarına qoşulmaq niyyətindədir
# 30 iyul 2014 21:24 (UTC +04:00)

Bakı-APA. Norveç Avropa Birliyinin Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalara qoşulmaq niyyətindədir. APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə Norveç XİN rəhbəri Berge Brende bildirib.

“Rusiya mart ayında Krımı anneksiya etdiyi andan hökumətə aydın oldu ki, Norveç öz müttəfiqləri və tərəfdaşları ilə birgə bu ölkənin Ukraynada qanunsuz davranışına cavab verməlidir. Buna görə də biz AB-nin məhdudlaşdırıcı tədbirlərinə qoşulduq”, deyə Brende bildirib.

Hazırda Norveç parlamentində Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı məsləhətləşmələr aparılır.

“İndi heç kimdə şübhə yoxdur ki, üsyançılar silah-sursatı məhz Rusiyadan alır. Bu yalnız münaqişənin gərginləşməsinə gətirib çıxarır. Münaqişəyə tez bir zamanda son qoyulmalıdır”, deyə Brende vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR