Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 37 dəfə pozulub - VİDEO

Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 37 dəfə pozulub - <span style="color: red;">VİDEO
# 03 dekabr 2014 08:43 (UTC +04:00)

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.

Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Cəvahirli, Mərzili, Yusifcanlı, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Fizuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR