Astarada quldurluqda təqsirləndirilən dəstə üzvləri tutulub

Astarada quldurluqda təqsirləndirilən dəstə üzvləri tutulub
# 04 sentyabr 2015 11:02 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Astara rayonunda quldurluqla məşğul olan dəstə üzvləri saxlanılıb.

Astara Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Şahağacı kənd sakini Sövman Səmədov cari ilin may ayında tanışları Fuad Rəsul oğlu Rasimzadə, Elvin Şirzad oğlu Quliyev və Fərid Fərmayıl oğlu Əlizadə ilə qabaqcadan əlbir olaraq rayonun Şiyəkəran kənd sakini Tural Həsənağa oğlu Manafovun idarə etdiyi “VAZ-2106” markalı avtomobili Şahağacı kəndindəki poçtamtın qarşısında saxlatdıraraq ona qarşı zorakılıq tətbiq ediblər. Belə ki, basqınçılar T.Manafovu döyərək onun üstündə olan 2 manat pulu, avtomobilə məxsus bir ədəd ehtiyat təkərini və avtomobilləri təmiri üçün istifadə olunan açarları götürərək aradan çıxıblar.

Zərərçəkmişin ərizəsi əsasında Astara RPŞ-də əməliyyat-istintaq qrupu yaradılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstənin üzvləri daxil olmaqla başçısı, əvvəllər məhkum olunmuş 36 yaşlı Sövman Səmədov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Astara RPŞ-da Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR