Nigeriyada kamikadze-terrorçu qadın kollecin qarşısında özünü partladıb, 6 nəfər ölüb

Nigeriyada kamikadze-terrorçu qadın kollecin qarşısında özünü partladıb, 6 nəfər ölüb
# 31 iyul 2014 00:46 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın Kano şəhərində kamikadze-terrorçu qadın kollecin qarşısında özünü partladıb, nəticədə 6 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, partlayış elan lövhəsinin qarşısında çoxlu sayda toplaşmış tələbələrin arasında törədilib.

Bundan əvvəl, iyulun 23-də, Nigeriyanın Kaduna şəhərində törədilmiş partlayış nəticəsində azı 25 nəfər həlak olub.

Terror aktlarının “Boko Haram” qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR