Banqladeşdə çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 323 nəfərə çatıb

Banqladeşdə çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 323 nəfərə çatıb
# 27 aprel 2013 07:32 (UTC +04:00)

Bakı-APA. Banqladeşdə çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 323 nəfərə çatıb. APA-nın məlumatına görə, dağıntılar altında təxminən 650 nəfərin qaldığı bildirilir. Paytaxtda tekstil sənayesində çalışan fəhlələrin kütləvi etiraz aksiyasından sonra polis uçmuş binada yerləşən iki tikiş fabrikinin rəhbərlərini həbs edib. İlkin məlumata görə, səhər saatlarında binanın divarlarında iri çatlar əmələ gəlib və hakimiyyət orqanları baxış keçirdikdən sonra binaya girişi qadağan ediblər. Buna baxmayaraq fabrik rəhbərləri işçiləri işə çıxmağa məcbur edib, nəticədə çoxsaylı insan tələfatı ilə nəticələnən hadisə baş verib. Qeyd edək ki, uçmuş binada çoxlu sayda mağaza, bank şöbələri və tikiş fabrikləri yerləşib. Ümumilikdə fabriklərdə 3100 nəfərin çalışdığı bildirilsə də, hadisə vaxtı orada nə qədər insanın olduğu dəqiq məlum deyil. Qeyd edək ki, dağıntılar altında təxminən 40 nəfərin sağ qaldığı müəyyənləşib, xilasedicilər onların həyatını xilas etməyə çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR